Avropada meymun çiçəyi virusu xəbərdarlığı edilib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, qitədə risk az olsa da, lakin bütün halda təhlükəyə hazır olmaq tövsiyə edilir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Avropa ölkələrini "idxal hallarının" artacağı təqdirdə virusla mübarizəyə hazır olmağa çağırıb,
Qeyd edək ki, Avropa Parlamentinin (AP) Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi (ENVI), Avropa İttifaqı (Aİ) Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi (HERA), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa Dərman Agentliyinin (EMA) təşkil etdiyi toplantıda meymun çiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.
Mehman Mehdiyev