"Ermənistanın Azərbaycana keçid sülh müqaviləsinin bağlanması ilə bağlı şərti Azərbaycan tərəfindən qəbul edilməyib. Buna baxmayaraq bir sıra razılaşmalar əldə edilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Yerevanın təklif etdiyi keçid sülh sazişi sadəcə N. Paşinyana lazımdır:
"O, bununla daxili siyasi imkanlarını gücləndirmək və Qərbdən tam dəstək almağı hədəfləyir. Həmçinin Azərbaycanla keçid sülh müqaviləsi bağlandıqdan sonra, tam konstitusiya dəyişikliyindən yayına bilər.
Azərbaycan Ermənistanla tam hərtərəfli sülh müqaviləsinin bağlanmasında maraqlıdır. İlk növbədə Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını tam çıxarmalıdır. Təbii ki, Ermənistan sülhə tələsir, amma sülh üçün imkanları növbəti mərhələyə saxlayır".
Politoloq deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan prezident İlham Əliyevlə sərhəddə görüş təklifi ilə çıxış edib:
"Azərbaycanla Ermənistan arasında belə bir təcrübə var. Vaxtilə ilə sabiq prezident Heydər Əliyevlə Robert Köçaryan sərhəddə görüş keçirilmişdir. Azərbaycan Ermənistan Baş naziri ilə Naxçıvanda Ermənistanla sərhəddə görüşə bilər. Azərbaycan Ermənistana Zəngəzur yolunda sərhəddə görüş üçün də təklif edə bilər".
Süleyman