Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi” Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə təqaüd verəcək

“Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi” Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə təqaüd verəcək


Azərbaycanlı iş adamı, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun qurucusu və rəhbəri olduğu vəqf Türkiyədə təhsil alan 100-dən çox azərbaycanlı tələbəyə 2024-2025-ci tədris ilində təqaüd verəcək.

Newscenter.az xəbər verir ki, təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə təhsillərini davam etdirmələri üçün maddi dəstək göstərmək məqsədi daşıyır.
Təqaüd üçün tələbələr aşağıda qeyd olunan meyarlar əsasında seçiləcək:

- Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr;
- Şəhid ailəsi üzvü olan tələbələr;
- Birinci və İkinci Qarabağ müharibələri veteranlarının ailə üzvü olan tələbələr;
- Maddi vəziyyəti çətin olan tələbələr.

Yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 03.09.2024-cü il tarixindən 30.09.2024-cü il tarixə qədər həyata keçirilir. Proqrama qatılmaq istəyən tələbələr qeyd edilən müddətdə zəruri sənədləri toplayıb vəqfin https://mgyardimlasmavakfi.org/ saytı üzərindən müraciət edə bilər. İnternet səhifəsinə daxil olub sağdakı “Burs Başvuru” formasındakı bütün xanalar doldurulmalıdır. Müraciətlər dəyərləndiriləcək və məlumat veriləcək.

Göstərilən son müddətdən sonra daxil olan müraciətlərə baxılmır.

Süleyman
Xəbəri paylaş