"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni dövrə qədəm qoyan ölkəmiz yeni hədəflərə doğru inamla addımlayır".
Newscenter.az xəbər verir ki, bunu VII çağırış Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib. O bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu:
"Respublikamızda gedən bütün proseslərin mərkəzində yer alan Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılması qalib, bütövləşən, yeni Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təqdimatı kimi yaddaşlarda qaldı".
Anar Əlliyev