Bugün şəhid general Polad Həşimovun anası Səmayə xanım və bacısı Kəmalə xanım Yalovanın Doğruyol tərsanəsində təmir işlərinə dayanan “General Polad Həşimov” gəmisini ziyarət ediblər.
Newscenter.az xəbər verir ki, gəminin göyərtəsini gəzən Səmayə ana və Kəmalə xanım şəhid generalın xatirə guşəsinə də baxış keçiriblər. Səmayə ana oğlu Polad Həşimov haqqında gəmi kapitanı və heyət üzvləri ilə fikirlərini paylaşıb, köhnə günlərin xatirələrini təzələyərək hər kəsi kövrəldib.
Daha sonra Səmayə ana gəmi kapitanına və bütün heyət üzvlərinə qəhrəman genral Polad Həşimovun adını daşıyan gəmidəki fəaliyyətlərində bundan sonra da uğurlar arzu edib.
Süleyman