Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Agentlik orden və medal təsis edən QHT-lərə çağırış etdi

Agentlik orden və medal təsis edən QHT-lərə çağırış etdi


"Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir.
Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz".

Newscenter.az xəbər verir ki, bu fikirlər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatında əksini tapıb.

Agentlik ictimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edir.


Süleyman
Xəbəri paylaş