Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənipərəst siyasətin davam etdirilməsi Fransanı böyük hesabla məğlubiyyətə uğradacaq

Ermənipərəst siyasətin davam etdirilməsi Fransanı böyük hesabla məğlubiyyətə uğradacaq


"Azərbaycana qarşı mütəmadi olaraq təxribatlara, böhtanlara, çirkin qaralama kampaniyalarına yol verən bir neçə ölkə var ki, onlardan biri də Fransadır. Daha doğrusu, Fransa hal-hazırda anti-Azərbaycan qüvvələrin başında dayanır. Azərbaycana qarşı vaxtaşırı əssassız ittihamlarla çıxış etmək, ölkəmizə qarşı cürbəcür təxribatçı hərəkətlərə yol vermək Makron Fransası üçün artıq prioritetə çevrilib. Bu mənada Fransa tərəfinin ötən gün Azərbaycana qarşı növbəti dəfə təxribata yol verməsi bizim üçün gözlənilməz olmadı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Fransanın xarici siyasət idarəsinin - Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “Dağlıq Qarabağ Muxtar Vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərməsi açıq-aşkar təxribat səciyyəlidir:

"Rəsmi Parisin bu addımı beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla bərabər, həm də ölkəmizin haqqında mənfi imicin formalaşdırılmasına, potensial turist kütləsinin Azərbaycana marağının qarşısının alınmasına xidmət edir.

Ermənipərəst siyasətin girovuna çevrilən Yelisey Sarayı bu cür təxribatçı hərəkətlərlə öz aləmində Azərbaycana qarşı effektiv “iqtisadi müharibə” apardığını və ölkəmizi beynəlxalq təcrid vəziyyətinə salacağını düşünr. Ancaq Parisin bu mövqeyi illüziyadan başqa bir şey deyil. Fransanın bu cür bəsit, səmərəsiz və qərəzli üsullarla Azərbaycana zərbə vurması mümkünsüzdür. Azərbaycan Fransa kimi qeyri-dost ölkələrin mürtəce addımlarına qarşı çoxdan “immunitet” formalaşdırıb".

Komitə sədri qeyd edib ki, Fransa Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirə biləcək hətta ən axırıncı ölkə də deyil:

"Yəni ki, rəsmi Parisin ölkəmizin əleyhinə hər hansı tənqidi fikir səsləndirməyə və insan haqqlarından danışmağa mənəvi haqqı çatmır. Çünki Fransa 19-20-ci yüzilliklərdə dünyanın müxtəlif nöqtələrində kütləvi qətliamlar, soyqırımları törətməklə bəşər tarixinə öz adını qanlı hərflərlə yazdırıb. Lakin Fransa mənfur müstəmləkəçilik siyasətini bu gün də davam etdirir. Azərbaycanın fransız neokolonializminə qarşı haqq səsini ucaltması rəsmi Parisin qəzəbinə səbəb olur. Fransanın xarici siyasət idarəsinin sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin əleyhinə sərsəm iddiaların yer alması da bu qəzəbin təzahürüdür. Fransızlar əlacsız vəziyyətə düşüblər. Paris Bakıya qarşı primitiv üsullara əl atır. Bu da fransız diplomatiyasının iflasını göstərir. Ermənipərəst siyasətin davam etdirilməsi Fransanı böyük hesabla məğlubiyyətə uğradacaq".

Süleyman
Xəbəri paylaş