Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa öz ampluasındadır

Fransa öz ampluasındadır


"Fransa öz ampluasındadır. Dünya dəyişsə, ölkələr bir-biri ilə sivil mübarizə aparsa da, lakin Fransa hər zaman olduğu kimi cılız mübarizə vasitələri, iyrənc metod və üsullardan istifadə etməklə onun maraqlarına uyğun olmayan ölkələrə qarşı kampaniya həyata keçirir. Təəssüflər olsun ki, Paris Azərbaycana qarşı da eyni mövqeni sərgiləyir".

Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Fransa vətəndaşlarına Azərbaycana səfər etmələri qadağasının tətbiq edilməsi Parisin anti-azərbaycan siyasətinin açıq təzahürüdür:

"Ümumiyyətlə, Fransa hər zaman Azərbaycana qarşı demək olar ki, düşmən mövqe sərgiləyib. İstər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə, istər İkinci Qarabağ Müharibəsi zamanı, istərsə də ondan sonrakı dövrdən indiyə qədər Fransa Azərbaycana qarşı qərəzli, məkirli, heç bir sivil mübarizə metodlarına uyğun olmayan forma və vasitələrdən istifadə edib:

"Paris qətiyyən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin həzm edə bilmir, regionda yaranmış yeni reallıqları qəbullanmaq istəmir. Ona görə də əlindən gəldiyi qədər Azərbaycana bu və ya digər formada zərbə vurmağa çalışır".

Arzuman Muradlı deyib ki, Parisin İrəvanı sürətli şəkildə silahlandırması da məhz bu məqsədə xidmət edir.

Süleyman
Xəbəri paylaş