Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Kosovoya gedir

Hakan Fidan Kosovoya gedir


Türkiyənin xarici işlər naziri Hakan Fidan Kosovoya rəsmi səfər edəcək.

Newscenter.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, nazir Fidan Şimali Makedoniyadakı təmaslarından sonra Kosovo baş nazirinin müavini və xarici işlər nazirinin dəvəti ilə bu ölkəyə gedəcək.

Xarici işlər naziri Hakan Fidan Kosovo Prezidenti Vjosa Osmani və Kosovo Baş naziri Albin Kurti tərəfindən qəbul ediləcək.

Fidan kosovalı həmkarı Donika Gervalla-Şvarsla da görüşəcək.

Görüşlərdə iki ölkə arasındakı əlaqələr, regional məsələlər və təhlükəsizlik məsələləri, xüsusilə FETÖ ilə mübarizə müzakirə olunacaq, Həmçinin, İqtisadiyyat və Ticarət Birgə Komitəsinin ilk iclası keçiriləcək.

Səfər çərçivəsində nazir Fidanın NATO Kosovo Qüvvələri komandanı general-mayor Özkan Ulutaş ilə də görüşü, Kosovo türklərinin sıx yaşadığı Prizren və Mamuşaya səfəri gözlənilir.

Anar Əliyev
Xəbəri paylaş