"AXP sədrliyində istefa etdiyim və AXP-nin buraxılması xəbərləri həqiqətə uyğun deyil. Böyük ehtimalla iki gün əvvəl Azadlıq radiosu tv-də debat zamanı səsləndirdiyim fikirlərim birtərəfli, təhrif olunub".
Newscenter.az xəbər verir ki, bunu AXP sədri Pənah Hüseyn səsləndirib. O bildirib ki, AXP sədri, AXP-də siyasi partiya kimi fəaliyyətlərini davam etdirir və etimad xarakterli qərarlar qəbul ediləcəksə nizamnaməni müəyyən etdiyi şərt və müddətlərdə davam etdirəcək:
"Güman edirəm ki, İH bu məsələlər barədə qərar qəbul edilməsi üçün gələn ilin yanvarından gec olmayaraq partiyanın növbədənkənar qurultayını çağrılmasını məqbul saya bilər.
Əlavə olaraq bildirirəm ki, mən özüm 01.09.24 seçkilərindən də nəticə çıxararaq ideoloji platforması yaxın partiyaların bir partiyada və ya çoxpartiyalı assosativ birlik formasında təmərküzləşməsini, siyasi partiya mənsubiyyətindən və partiyalı olub olmamasından asılı olmayaraq bütün demokratik və milli vətənpərvər qüvvələrin vahid siyasi hərəkat formasında təşkilatlanmasını və fəaliyyət göstərməsini indiki vəziyyətə ən adekvat cavab hesab edirəm".
Anar Əliyev