Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın ətrafından Zelenskiyə XƏYANƏT

Yaxın ətrafından Zelenskiyə XƏYANƏT


"Ukrayna xarici işlər naziri Dmito Kuleba istefa ərizəsi yazıb. Bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq. Hətta nazirin vəzifəsini icra edə biləcək adamın adı da açıqlanıb. Qeyd olunub ki, bu adam nazirin birinci müavini Andrey Sibiqa ola bilər".

Ukrayna hakimiyyətində baş verənlərə diqqət çəkən politoloq Kənan Novruzov deyib ki, bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim etmişdilər:

"Prezident Volodimir Zelenski məsələyə münasibət bildirərək deyib ki, ölkənin yeni enerjiyə ehtiyacı var.

Ukraynada vəzifəli şəxslərin ard- arda istefa əraziləri yazması diqqət çəkir. Maraqlıdır ki, bu, Ukraynanın müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Belə bir vaxtda nazirlər niyə istifadə verməlidir ki?

Yəqin ki, adı çəkilən şəxslər yaxın günlərdə bu barədə açıqlama verəcəklər.
Böyük ehtimalla, həmin şəxslərin əksəriyyətinin istefası qəbul olunacaq.
Fikrimizcə, istefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi – siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub. Təfərrüatlar barədə proqnoz vermək çətindir. Lakin mümkündür ki, V. Zelenski adı çəkilən şəxslərdən fərqli olaraq daha ehtiyatlı ritorikanın tərəfdarıdır və ya əksinə".

Politoloq qeyd edib ki, Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır:

"Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi – siyasi elitada ziddiyyətləri gücləndirir.
Başqa bir versiya ondan ibarətdir ki, ola bilsin, V.Zelenski adı çəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib. Əks halda, yəni əgər dövlət başçısı özü bu qədər məmuru birdən – birə istefaya göndərsə idi, bu, daxildə narazılığa səbəb olardı.

Düşünmək olar ki, əgər bu istefa ərizələri yazılmasa idi, Ukrayna hərbi – siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb.

Onu da deyək ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil".

Anar Əliyev
Xəbəri paylaş