Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 terrorçu zərərsizləşdirildi

27 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı uğurlu əməliyyat həyata keçirir.

Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, sentyabrın 2-də İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında ən azı 20 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən hava əməliyyatı ilə daha 7 terrorçu zərərsizləşdirilib.

Bununla da Şimali İraqda son 4 gündə zərərsizləşdirilən PKK terrorçularının sayı 27-yə çatıb.

Anar Əliyev
Xəbəri paylaş