Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY və meriya dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib

ADY və meriya  dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib



ADY Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarının məişət tullantılarından təmizlənməsini həyata keçirib.

Newscenter.az-a ADY-dən daxil olan məlumata görə, təmizlik işləri çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsi və Kürdəxanı kəndi ərazisində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə həm dəmir yolu infrastrukturunun, həm də ətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.

Təmizlənmiş ərazilərin yenidən sakinlər tərəfindən çirkləndirilməsi ehtimalını nəzərə alaraq ADY təhkim zolaqlarının müəyyən hissələrində maarifləndirici plakatların yerləşdirilməsini planlaşdırır. Bu plakatlar vasitəsilə əhalini tullantıların düzgün idarə edilməsi və ətraf mühitin qorunmasına dəvət etmək məqsədilə məlumatlandırma kampaniyası aparılacaq.
ADY-nin davamlı inkişaf strategiyasının bir hissəsi olaraq təmizlik işləri müntəzəm əsasda aparılır.

Ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər şirkətin fundamental dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində həyata keçirilir. ADY-nin ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinə sadiqliyi dəmir yollarının dayanıqlı inkişafının təməlini təşkil edir. Bu prinsiplər ADY-nin ekoloji məsuliyyətini artırır və dəmir yollarının yaşıl gələcəyə töhfə verməsini təmin edir.

Dəmir yolları ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal təşəbbüslərində aktiv tərəfdaş olmaq üçün səy göstərir. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə baş tutacaq dünya səviyyəli COP29 iqlim tədbirində bir çox mövzularla yanaşı, nəqliyyat sektorunun iqlim dəyişikliyi ilə mübarizədəki rolu da müzakirə olunacaq.

ADY-nin ekoloji təmiz qatar və texnologiyalardan istifadəsi, həmçinin ətraf mühitin qorunması istiqamətində tədbirləri ilə nəqliyyat sektorunda dayanıqlı inkişafı təşviq etməyə və qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə davam edəcək.

Süleyman
Xəbəri paylaş