Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalyaya 12 milyona yaxın turist gəlib

Antalyaya 12 milyona yaxın turist gəlib


Oktyabr ayının Antalya turizmində ən aktiv ay olacağı gözlənilir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu il turist sayının sentyabrın ilk həftəsi etibarilə 12 milyona çatdığı Antalyada avropalılar üçün payız tətili dövrü olduğu üçün son illərin ən sıx oktyabrını yaşayacağı gözlənilir.

Dünyanın əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalya, 1 yanvar - 31 avqust tarixləri arasında keçən ilin eyni dövrü ilə müqayisədə 8,28 faiz artımla 11 milyon 731 min 937 ziyarətçi qəbul edərək yeni rekorda imza atıb.

Ən çox ziyarətçi 2 milyon 641 min 849 nəfərlə Rusiyadan, 2 milyon 235 min 311 nəfərlə Almaniyadan, 1 milyon 109 min 997 nəfərlə İngiltərədən gəlib.

Bu ilin avqust ayında isə Antalya ötən ilin eyni dövrü ilə müqayisədə 2,65 faiz artımla 2 milyon 673 min 736 turist qəbul edib. Avqust ayında Rusiyadan 601 min 533, Almaniyadan 465 min 72 və İngiltərədən 235 min 641 turist Antalyaya səfər edib.

Anar Əliyev
Xəbəri paylaş