Almaniyada seçkilərdə ifrat sağçıların yüksəlişi Avropada narahatlıq yaradıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Almaniyanın şərqində yerləşən Türingiya və Saksoniya əyalətlərində keçirilən dövlət şurası seçkilərində ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) uğuru bütün Avropanı narahat edib.
Belə ki, seçkilərdə ifrat sağçı AfD Türingiyada 32,8 faiz səslə birinci, Saksoniyada isə 30,6 faiz səslə ikinci olub.
Çexiyanın Baş naziri Petr Fiala, "radikal və ekstremist partiyaların yüksəlişinin" həm Almaniya, həm də Çexiya üçün yaxşı olmadığını ifadə edərək, AfD-nin uğurunu Avropada "artan narahatlıq mənbəyi" olaraq xarakterizə edib.
Anar Əliyev