Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrozonada iqtisadiyyat 0,2 faiz artıb

Avrozonada iqtisadiyyat 0,2 faiz artıb


Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb.

Newscenter.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb. Bildirilib ki, Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin ikinci rübün ümumi daxili məhsulu (ÜDM) və məşğulluq məlumatlarına əsasən 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,2 faiz artıb. Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.

İkinci rübdə bir əvvəlki rüblə müqayisədə ÜDM İrlandiyada 1, Latviyada 0,9, Avstriyada 0,4, İsveçdə 0,3, Macarıstanda 0,2, Almaniyada 0,1 azalıb. Fransa və İtaliyada 0,2 faiz, İspaniyada isə 0,8 faiz artıb.

İkinci rübdə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə İrlandiyada 4,1 faiz, Estoniyada 1,3 faiz, Finlandiyada 1,2 faiz, Avstriyada 0,6 faiz və Latviyada 0,1 faiz azalıb. Almaniyada ÜDM dəyişməz qalıb, Fransada 1 faiz, İtaliyada 0,9 faiz, İspaniyada 2,9 faiz artıb.

Avrozonada məşğulluq ikinci rübdə birinci rüblə müqayisədə 0,2 faiz, keçən ilin ikinci rübü ilə müqayisədə isə 0,8 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş