Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İtaliya münasibətləri bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır

Azərbaycan-İtaliya münasibətləri bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri kifayət qədər səmərəli keçdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər gələcək əməkdaşlıq üçün yeni perspektivlər ortaya qoydu. Elə politoloq Yusif Bağırzadə də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır:

"Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir".

Anar Əliyev
Xəbəri paylaş