Türkiyənin avqust ayında ixracatını ən çox artırdığı ölkə BƏƏ olub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə avqust ayında Birləşmiş Ərəb Əmirliklərinə keçən ilin eyni dövrü ilə müqayisədə 415 milyon dollarlıq artımla 767,6 milyon dollarlıq ixracat edib.
Türkiyə İxracatçılar Məclisinin məlumatlarından toplanan məlumata görə isə, Türkiyənin ixracatı avqust ayında keçən ilin eyni dövrünə görə 2,4 faiz artaraq 22,1 milyard dollara çatıb, Birləşmiş Ərəb Əmirlikləri isə ixracatın ən çox artdığı ölkələr siyahısında birinci olub.
Ötən ay Birləşmiş Ərəb Əmirliklərinə 767,6 milyon dollar, Rumıniyaya 649,8 milyon dollar, Böyük Britaniyaya 1,1 milyard dollar, Sloveniyaya 224,9 milyon dollar və Fələstin Dövlətinə təxminən 128 milyon dollar ixrac edilib.
Natiq Orucov