Əlcəzairdə sabah prezident seçkiləri üçün səsvermə keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, təxminən 24 milyon seçici yeni prezidentləri seçmək üçün seçki məntəqələrinə gedəcək.
Seçkilərdə hazırkı prezident Əbdülməcid Tebbun, Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş və Sülh Cəmiyyəti Hərəkatından (MSP) Əbdüləəli Həsəni Şərif mübarizə aparacaq.
Hazırda vəzifədə olan 78 yaşlı prezident Tebbun daha bir müddət vəzifəsini davam etdirmək üçün müstəqil namizəd kimi iştirak edərkən; Ordunun, medianın, dini icmaların, işəgötürənlərin və bəzi siyasi partiyaların dəstəyini aldığı və seçkinin favoriti kimi göründüyü bildirilir.
Əlcəzairin ən böyük islam yönümlü partiyası olan və parlamentdə 65 deputatı olan MSP ana müxalifət partiyası da 57 yaşlı mühəndis Əbdüləli Həsəni Şərifin namizədliyini irəli sürüb.
Parlamentdə 26 deputatı olan FFS baş katibi Yusuf Uşuşi keçmiş jurnalist və millət vəkili kimi namizədlər arasında olub.
Anar Əliyev