Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək

Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda keçiriləcək.

Newscenter.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən birinci iclasın yekunları üzrə qəbul edilib.

İclasda Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri və TDT-nin baş katibi Kubanıçbek Omurəliyev iştirak ediblər.

İclasda çıxış edən baş katib qeyd edib ki, bu tədbir daxili işlər nazirləri arasında yeni və müntəzəm əməkdaşlıq platformasının yaradılması üçün əsas olacaq ki, bu da türk dünyasında birliyi və əməkdaşlığı daha da gücləndirməyə töhfə verəcək”, - o əlavə edib.

Daha sonra nazirlər transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə sahəsində qurumların fəaliyyətindən danışıblar. Tərəflər bu kimi cinayətlərə qarşı mübarizədə daxili işlər orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

İclasın yekunları üzrə Birgə Bəyannamə imzalanıb, daxili işlər nazirlərinin ikinci iclasının 2025-ci ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.
Xəbəri paylaş