2023-cü ildə Türkiyədə muzeylərin sayı 7,1 faiz artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində muzeylərin sayı 2023-cü ildə bir əvvəlki ilə nisbətən yüzdə 7,1 artaraq 606-ya çatıb.
Muzey və tarixi yerləri ziyarət edənlərin sayı isə 6,2 faiz artaraq 55 milyon 752 min 208-ə çatıb.
Muzeylərdəki eksponatların sayı keçən il əvvəlki ilə nisbətən 2,9 faiz azalaraq 3 milyon 900 min 331 ədəd olaraq qeyd edilib.
Nərgiz Əzizova