ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə xidmətdə olan S-300 yer-hava raket sistemi (SAM) və R-27 orta mənzilli hava-hava idarə olunan raketlərinin əvəzedicilərini hazırlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında deyib.
Nazir Ukraynanın daha etibarlı müdafisəi üçün ona ciddi şəkildə hərbi yardımın ayrılmalı olduğunu dilə gətirib. O bildirib ki, əks halda Ukrayna indiki vəziyyətdən də çətin duruma düşəcək.
Anar Əliyev