Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin İtaliya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq

Prezidentin İtaliya səfəri  iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq


"İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir və xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. Belə demək olar ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır".

Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin İtaliya səfərini şərh edərkən səsləndirib. O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub:

"Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür".

Yusif Bağırzadənin qənaətincə ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

"Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir".

Politoloq qeyd edib ki, Cənab Prezidentin səfəri zamanı istər COP 29-la bağlı İtaliyanın Azərbaycan hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir:

"Düşünürəm ki, cənab Prezidentn İtaliyaya səfəri və əldə olunan razılşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq".

Süleyman
Xəbəri paylaş