Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hansı öhdəlikləri yerinə yetirmir?

Ermənistan hansı öhdəlikləri yerinə yetirmir?


"Ermənistan müharibənin başa çatması və Qarabağ ilə Zəngəzur iqtisadi rayonunda mövcud olan 20 min nəfərlik silahlı birləşmələrinin məhv edilməsi qarşılığında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ikitərəfli və maneəsiz əlaqənin təmin edilməsini öhdəlik olaraq üzərinə götürüb, lakin bu öhdəliyi Paşinyan müxtəlif bəhanələrlə, xüsusilə "suverenlik və ərazi bütövlüyü" adi altında yerinə yetirmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O deyib ki, Zəngəzur mahalının Ermənistana verilməsi və 30 illik işğal faktını göz ardı edən Paşinyan təhlükəli oyunlardan, həmçinin təxribat xarakterli fəaliyyətlərdən tam çəkinməlidir:

"Azərbaycanın səbr kasasını daşırmağa, öhdəliklərini yerinə yetirməmək üçün vaxt uzatmağa meylli olan cırtdan Ermənistan ya Zəngəzur dəhlizini öz əli ilə açacaq, ya da bu dəhlizi Dəmir Yumruq tam fərqli və Ermənistan üçün sürpriz olmadan ən qısa istiqamətdən açacaq.

Məğlub Ermənistanın və havadarlarının bu prosesə mane olmaq imkanları mövcud deyil".

Anar Əliyev
Xəbəri paylaş