İDDO Psixi Sağlamlıq Proqramının komandası Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə proqramın təsisçisi və direktoru Jalə Əhmədova məlumat verib. Bildirib ki, səmimi ab-havada keçən görüş zamanı Jalə Əhmədova İDDO PSP haqqında məlumat verərək proqramın autizm sahəsində bir yenilik olduğunu və bütün mərkəzlərdə tətbiq edilməsi ilə vahid baza yaratmağın vacibliyini diqqətə çatdırıb.
Jalə Əhmədova İDDO proqramı vasitəsilə autizmli uşaqlara diaqnoz qoyulması, müalicə sahəsində mövcud olan problemləri, ən əsas məqamlardan biri kimi qeyri-peşəkarların və bu uşaqlardan kommersiya məqsədilə istifadə edən şəxslərin fəaliyyətinin qarşısının alınmasının vacibliyini bildirib.
Süleyman