Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə bu gün ABŞ Rusiya prezidentinin keyfiyyətinə görə ən yaxşı yer deyil.
“Bir neçə ildir ki, orada deyil. Üstəlik, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahı kimi ABŞ öz öhdəliklərini yerinə yetirmir. Ona görə də, bu, indi səfər üçün ən yaxşı marşrut deyil”, –deyə Peskov bildirib.
Bundan əvvəl Rusiya prezidenti sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək on nəfərlik Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib. Nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
Mehman Mehdiyev