Qazaxıstanda qarayara sürətlə yayılmaqdadır.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, Almatı vilayətində 11 nəfər qarayara xəstəliyinə yoluxub.
Belə ki, Almatı vilayətinin Uyğur rayonunun Ülkuen Aksu kəndinin 11 sakini qarayara xəstəliyinə yoluxub. Təkcə bu gün 16 nəfər eyni diaqnozla xəstəxanaya yerləşdirilib. 16 nəfərdən 4-də xəstəlik aşkar edilməyib, bir nəfərin tədqiqat nəticələrinə cavab hələ də məlum deyil. 11 nəfərə isə qarayara diaqnozu qoyulub.
"Hazırda xəstəliyin yayılması müşahidə edilmir, vəziyyət nəzarət altındadır. Rayon sakinlərinə xəbərdarlıq edirik ki, ət və ət məhsullarını yalnız yoxlanılan yerlərdən alsınlar, mal-qara baxarkən ehtiyatlı olsunlar".-deyə Regional Səhiyyə İdarəsi bildirir.
Anar Əliyev