Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri deputat seçilib

Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri deputat seçilib


Azərbaycan diasporunun rəhbəri, hakim Rusiyanın “Yedinaya Rossiya” partiyasının namizədi Ramiz Məmmədov Tatarıstanın Leninoqorsk bələdiyyə dairəsinin deputatlar Şurasına seçilib.

Newscenter.az xəbər verir ki, həmyerlimiz seçicilərin 83,87 faizinin dəstəyini qazanıb.

Ramiz Məmmədov 1969-cu ildə Sumqayıtda anadan olub. 1990-cı ildən Tatarıstan Respublikasının Leninoqorsk şəhərində yaşayır. Moskva Dövlət Universitetinin Kazan filialının hüquq fakültəsini bitirib. O, diaspor fəaliyyətində fəal iştirak edir, Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının təsisçisi və rəhbəridir. Təşkilat Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə yanaşı, geniş xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur. (Azertac)
Xəbəri paylaş