2025-2026-cı tədris ili üçün Qazaxıstanda yeni dərsliklər Respublika Elmi-Praktiki Təhsilin Məzmununun Təkmilləşdirilməsi Mərkəzinin rəhbərliyi ilə respublikanın 31 pilot məktəbində sınaqdan keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, burada məqsəd yeni kurikulum əsasında hazırlanmış IV sinif dərsliklərinin məzmununun keyfiyyətini müəyyən etmək, o cümlədən məktəblər üçün səmərəli tədris materialını seçməkdir.
Dərsliklərin funksionallığı və effektivliyi haqqında tam məlumat əldə etməyə imkan verən sınaq imtahanında müəllim və tələbələr iştirak edirlər.
Mərkəz beş mərhələdən ibarət ekspert işi aparır. Elmi-pedaqoji ekspertiza, inkişaf mərhələsi, pilot məktəblərdə sınaq, ictimai müzakirə və fənn ekspert komissiyası.
Nərgiz Əzizova