Bir tərəfdən sülh müqaviləsindən danışan Ermənistan, digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutur. Son vaxtlar artlq bu proses intensiv xarakter almağa başlayıb. Bu gün də Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub. Bəs görəsən İrəvanın planı nədir?
Newscenter.az-ın xəbərinə görə, baş verənləri şərh edən politoloq Yusif Bağırzadə deyib ki, sərhəd ərazilərdə davamlı şəkildə təxribatların olması, ərazilərimizin atəşə tutulması da vəziyyəti gərginləşdirməyə və sülh istiqamətində real addımlardan yayınmağa hesablanıb:
"İkinci bir tərəfdən isə rəsmi İrəvan aldığı tapşırıqlara uyğun olaraq Cənubi Qafqazda gedən geosiyasi proseslərə kənardan müdaxilələrə imkan yaratmaq istəyir. Ermənistan üçün Cənubi Qafqazı Qərb və Rusiya arasında savaş meydanına çevirmək cəhdindən bütün region ölkələrinin, ən çox da elə Ermənistanın özününü əziyyət çəkəcəyi bir o qədər də maraqlı deyil. Əsas odur ki, Qərbin tələbləri icra olunsun".
Politoloq hesab edir ki, belə bir vəziyyətdə Ermənistandan sülhlə bağlı real addımları gözləmək sadəcə sadəlovlük olar:
"Sülh yalnız Ermənistan rəsmilərinin öz dövlət maraqlarından çıxış edəcəyi halda mümkün olacaq".
Süleyman