Xaçmaz RQİİ-nin Xızı XS-nin ərazisindən keçən orta təzyiqli diametri 530 mm-lik Yaşma-Siyəzən qaz kəmərində aşkar olunmuş və qarşısı müvəqqəti alınmış qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq 12.09.2024 -cü il tarixdə saat 10:00 -dan işlər yekunlaşanadək Yaşma QPS-dən qidalanan Yaşma Qəbul ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Newscenter.az "Azəriqaz" İB-yə istinadən bildirir ki, qaz təchizatı dayandırılan müddətdə Xızı XS-də ( Sitalçay kəndi, Giləzi QPS, Şurabad əhali, Yaşma ümumi, Yeni Yaşma kəndi, Hərbi Hissə 421A, Siyəzən Broyler ASC, Məşədi Həsən, Aqroterm MMC) ümumilikdə 2233 abonentin qaz təminatında fasilə yaranacaq.
Xaçmaz RQİİ-nin Qusar XS tərəfindən uzunluğu 7390 p/m təşkil edən Qusar şəhər daşıyıcı qaz kəmərinin üzərindəki d150 mm-lik və d108 mm-lik siyirtmələrin əvəz edilməsi ilə əlaqədar olaraq 12.09.2024-cü il tarixdə saat 10:00- dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə 3950 əhali və 52 qeyri-əhali abonentin qaz təminatında fasilə yaranacaq.
Mehman Mehdiyev