"Ermənistanın sürətli şəkildə silahlanması, Qərbin ayrı-ayrı birləşmələrinin Ermənistan ərazisinə gəlməsi, bu ölkədə revanşist hisslərin hər keçən gün yüksəlməsi və ayrı-ayrı sərhəd bölgələrində atəşkəsin pozulması fonunda baş verənlər bir daha sübut edir ki, Ermənistan sülhə hazır deyil və bu ölkənin rəsmilərinin sülhlə bağlı açıqlamaları hələlik bəyanatlardan o yana keçmir və daha çox siyasi manipulyasiya təsiri bağışlayır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur:
"Paşinyan hökumətinin Qərbin maraqlarından çıxış etməsi və Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin gərgin qalmasına öz maraqlarını təmin etmək üçün fürsət kimi baxması sülh istiqamətində konkret addımların atılmasının qarşısını alır.
Nəticə etibarilə, Paşinyan hakimiyyətinin konstitusional dəyişikliklərlə bağlı tələblərin yerinə yetirilməsindən imtina etməsi və bu məsələnin sülh sazişinin mətnindən ümumiyyətlə çıxarılması ilə bağlı təklifləri, referendumun 2027-ci ildə keçirilməsi haqqında bəyanat yayması, Naxçıvan istiqamətində ərazilərimizin atəşə tutulması və s. faktlar bir daha sübut edir ki, İrəvan sülhə hazır deyil".
Süleyman