Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın sülh çağırışları heç vaxt səmimi olmayıb

Ermənistanın sülh çağırışları heç vaxt səmimi olmayıb


"Ermənistanın sülh danışıq və çağırışları heç vaxt səmimi olmayıb. Ermənistanı sülhə ancaq güc yolu ilə gətirmək olar".

Newscenter.az xəbər verir ki, bunun ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Ermənistan məcbur şəkildə sülh danışıqlarını imitasiya etsə də, sülhün hələ yaxın olmadığını atəşkəsi pozmaqla bildirir:

"Ermənistan sülh istəmədiyini də əməli ilə göstərir. Görünən odur ki, Ermənistanın havadarları onlara nələrsə vəd edir. Onları arxayın edirlər ki, Azərbaycan Ermənistana heç nə edə bilməz. Yoxsa Ermənistanın Azərbaycana müəyyən şərtlər qoyması və ya imza etdiyi müqavilədən boyun qaçırması mümkün olmazdı".

ƏHD rəsmisinin sözlərinə görə, Ermənistan böyük ehtimalla Azərbaycan qarşısında elə duruma gəlməyə çalışır ki, danışıqlarda bərabər statusda olsun:

"Bu da beynəlxalq konyukturdan asılıdır. Təbii ki, Ermənistan heç vaxt Azərbaycanla eyni statusa gəlib çıxa bilməz. Amma dünyada gedən müəyyən proseslər Azərbaycanın mövqeyini zəiflədə bilər. Bu isə Ermənistan mövqeyini gücləndirəcək anlamına gəlmir. Ermənistan həmişə Azərbaycandan zəif olub, zəif də qalacaq".

Süleyman
Xəbəri paylaş