"İran yenə ara qatmaqla məşğuldur. Bu ölkənin Zəngəzur dəhlizinin açılmasına ciddi cəhdlə qarşı çıxması başa düşülən deyil. İran anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, ümumilikdə bütün region dövlətləri üçün əhəmiyyətlidir, faydalıdır".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. O bildirib ki, İran zaman-zaman bu və ya digər qərəzli, əsassız yanaşmaları ilə Azərbaycana qarşı mövqe sərgiləyib:
"Molla rejimi iddia edir ki, Zəngəzur dəhlizinin açılması sərhədlərin pozulması demıəkdir və bu da guya İranın qırmızı xəttidir. Əgər Tehran doğurdan da sərhədlərin pozulmasını qəbul etmirsə, o zaman nə üçün 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal edərək sərhədlərin pozulmasına göz yumur, bu barədə səsini çıxarmırdı. Burdan aydın olur ki, İran üçün sərhəd pozulması, yaxud digər məsələ ikinci dərəcəlidir. Molla rejimini əsas narahat edən Azərbaycanın getdikcə güclənməsi və nəinki regionda, hətta dünyada söz sahibinə çevrilməsidir. Zəngəzur dəhlizinin açılması ilə bu proses daha da sürətlənəcək və Azərbaycana əlavə dividentlər gətirəcək. İranı da narahat edən əsas məqam məhz budur".
Arzuman Muradlı deyib ki, Rusiya, Qərb, hətta Ermənistanın özüm müəyyən mənada bu dəhlizin açılmasında maraqlıdırsa, o halda İranın etirazı mənasızdır".
Arzuman Muradlı onu da bildirib ki, kimin etiraz etməsindən asılpı olmayaraq Zəngəzur dəhlizi gec-tez açılacaq.
Süleyman