"Son 4 ilin danışıqları sübut edir ki, Ermənistan yalnız sözdə sülh deyir, lakin əməldə başqa addımlar atır, Qərbdən və digər inkişaf etmiş ölkələrdən müasir silahlar alır, hərbi cəhətdən özünü gücləndirməyə çalışır. Belə görsənir ki, Ermənistanın havadarları bu ölkəni yeni müharibəyə hazırlayırlar, əks halda dünyanın inkişaf etmiş ölkələri niyə Ermənistanı müasir silahlarla təmin etsin".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, həmin ölkələr də Ermənistan kimi təcavüzkar bir ölkənin silahlanmasına görə məsuliyyət daşımalıdır:
"Hərbi cəhətdən güclənməyə çalışan ölkənin sülhə gəlməsi də çətinləşir. Təəssüf ki, rəsmi İrəvan öhdəliklərdən yayınmaq üçün vaxtı uzadır, Azərbaycanla sərhəddə təxribatlar törədərək yenidən vəziyyəti gərginləşdirir. Bütün bunlar isə Ermənistanın bir qarşıdurma məkanına çevrilməsinə aparan yoldur".
Süleyman