Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib

Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib


Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində qərar verib.

"Report"un əldə etdiyi məlumata görə, Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.

Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.
Xəbəri paylaş