Norveç Türkiyə ilə bağlı müsbət qərara imza atıb.
Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, bu ölkə Ankaraya qarşı 5 ildir tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Belə ki, Norveç 2019-cu ildə Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində məhdudiyyətlər tətbiq etmişdi. Bu gündən isə həmin məhdudiyyət aradan qaldırılıb.
XİN-dən verilən açıqlamada o da qeyd edilib ki, nazir Hakan Fidan norveçli həmkarı ilə telefon danışığı zamanı Norveçin qərarını təqdir etdiyini bildirib.
Anar Əliyev