Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir bağça əsaslı təmirdən sonra istifadəyə verilib

Paytaxtda daha bir bağça əsaslı təmirdən sonra istifadəyə verilib


Paytaxtın Yasamal rayonunda 99 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.

Newscenter.az xəbər verir ki, bağçanın açılış tədbirində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən Vəfa Yaqublu məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini nəzərə çatdırıb.

V.Yaqublu məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə, uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini də söyləyib.

Qeyd edək ki, yeni istifadəyə verilən 99 nömrəli körpələr evi-uşaq bağçasında 8 qrup fəaliyyət göstərir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 20 pedaqoji işçi məşğul olur.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş