Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh müqaviləsi Tehran və Qumun maraqlarına ziddir

Sülh müqaviləsi Tehran və Qumun maraqlarına ziddir


"Nikol Paşinyan hakimiyyətə gələndən bu yana əsas müzakirə mövzularından biri Rusiyanın onu devirmək istəkləri barədə olub. Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı. Fikrimcə, hazırda rollar dəyişib, bu dəfə Paşinyanı Tehran və Qum devirməyə çalışacaq".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, İranın mühafizəkar dairələrinin “Zəngəzur dəhlizi olmamalıdır” tezisini Ermənistanda Paşinyana müxalif olan qüvvələr dəstək veriblər:

"Tehran Nikol Paşinyanın Azərbaycanla həm sülh sazişi imzalamağa, həm də dəhlizin açılmasına marağını müşahidə edirlər. Bu Tehranın və Qumun maraqlarına ziddir. Odur ki, İrandakı dairələrin Nikol Paşinyanı devirmək üçün Ermənistanın radikal müxalifətiylə sıx dialoqa keçəcəyini istisna etmirəm, bəlkə də maliyyə və təlimatların ötürüldüyü prosesi artıq başlayıb".

Anar Əliyev
Xəbəri paylaş