Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Universitetlər bağlandı

Universitetlər bağlandı


Hindistanda ali təhsil müəssisələri fəaliyyətini dayandırıb.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, buna səbəb Manipur əyalətində baş verən zorakılıqlardır.

Belə ki, Hindistanın Manipur əyalətində Kuki və Meitei icmaları arasında davam edən zorakılıq və sonrakı etirazlar səbəbindən universitetlərdə təhsil dayandırılıb.

“Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın Ali Təhsil Şurası 11-12 sentyabr tarixlərində universitetlərə dərs olmayacağını bildirib.

Məlumat üçün qeyd edək ki, sentyabrın 6-da Manipurun Moiranq rayonunda Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumu nəticəsində bir nəfər həlak olub.

Polis qarşıdurma və zorakılıq nəticəsində ümumilikdə 8 nəfərin öldüyünü açıqlayıb.

Anar Əliyev
Xəbəri paylaş