Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlara mobil telefondan və sosial şəbəkələrdən istifadə qadağan ediləcək

Uşaqlara mobil telefondan və sosial şəbəkələrdən istifadə qadağan ediləcək


İtaliyada uşaqların mobil telefon və sosial mediadan istifadəsinə qadağa tətbiq edilə bilər.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, təhsil naziri Cüzeppe Valditara belə bir təşəbbüsə qoşulub, Belə ki, nazir İtaliyada müəyyən yaş qrupunda olan uşaqlar üçün mobil telefon və sosial mediadan istifadəni qadağan etmək üçün bir qrup mütəxəssis və sənətçinin başlatdığı kampaniyaya dəstək verib.

Hazırda İtaliyada uşaqların mobil telefon və sosial mediadan istifadəsinin qadağan edilməsi müzakirə olunur.

İtaliya mətbuatında yer alan xəbərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 14 yaşından kiçik uşaqların cib telefonuna, 16 yaşından kiçik uşaqların isə mobil telefona sahib olmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına İtaliyanın məşhur simaları da dəstək verib.

Gənclər və idman naziri Andrea Abodi sosial şəbəkədəki paylaşımında qadağanın düzgün yol olmadığını və məsələnin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

"La Repubblica"qəzetində dərc edilən bir araşdırmaya görə, 11-19 yaşlı uşaqların 47 faizi gündə 5 saatdan çox vaxtını internet tətbiqlərinə sərf dir. Bu nisbətin 2020-ci ildə isə cəmi 30 faiz olduğu bildirlir.

Mehman Mehdiyev
Xəbəri paylaş