"Xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın tarixi Zəfərimizdən sonra bu istiqamətdə qazandığı uğurların miqyası genişliyi ilə diqqətdədir".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Raifə Musayeva deyib. O bildirib ki, möhkəm təməl üzərində qurulan əlaqələrin inkişafı üçün yeni imkanlar açılır:
"Hazırkı dövrdə ölkəmizin əsas hədəflərinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması məsələsidir. Azərbaycanın İtaliya ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın mühüm ticarət və ixracat tərəfdaşıdır".
Hakim partiya üzvü qeyd edib ki, Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir:
"İki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir.Azərbaycan müxtəlif Avropa ölkələri ilə, xüsusilə də İtaliya ilə əlaqələri sıx qurur. Bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir".
Anar Əliyev
Raifə Musayeva