Tanınmış jurnalist Məhəmmədəli Qəribli Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) Mətbuat Xidmətinin rəhbəri təyin olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Məhəmmədıi Qəribli özü məlumat verib. Bildirib ki, sentyabr ayının əvvəlindən yeni vəzifənin icrasına başlayıb:
"Şirkət və ona aid olan biznes subyektləri böyük və əhatəli olduğu üçün, yeni iş yerimdə bir qədər adaptasiya olunmağım, strukturla ətraflı tanışlığım lazımdır.
Hələlik bu proses uğurla davam edir. Çalışacayıq ki, Veysəloğlu Şirkətlər Qrupu ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin".
Məhəmmədli Qəribli, "Media nümayəndələrinin Veysəloğlu Şirkətlər Qrupunu əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram. Əminəm ki, dəyərli həmkarlarımız bu əməkdaşlığa lazımi töhfələrini əsirgəməyəcəklər",-deyə bildirib.
Süleyman