"Ermənistan hakimiyyəti Azərbaycan ərazi bütövlüyünü tanıyırsa, birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşlərdə məhv edilən silahlı birləşmələrin şəxsi heyətinin adlarının əbədiləşdirilməsindən və seperatcı rejimə aid bütün qurumlardan tam imtina etməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, Konstitusiya dəyişikliklərini ləngidən, bununla da Sülh müqaviləsinin imzalanmasını və Zəngəzur dəhlizinin açılmasını uzadan Ermənistan zaman keçdikcə daim yeni tələblərlə, o cümlədən daha qədim xəritələrlə delimitssiya prosesini davam etdirmək təhlükəsi ilə qarşılaşacaq:
"Azərbaycan tələsmir, Ermənistana istədiyini həzm etdirir, kimsə Prezident İ.Əliyevə zərrə qədər təsir də edə bilmir. Ermənistan isə dalanda şpaqat vəziyyətindədir".
Anar Əliyev