"Ermənistan son günlər Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini müntəzəm olaraq atəşə tutmaqla odla oynayır. Bu ölkə açıq şəkildə onu ifadə edir ki, sülh müqaviləsi istəmir və regionda yenidən müharibənin başlaması arzusundadır".
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bir tərəfdən sülh müqaviləsindən danışan bir ölkənin digər tərəfdən aqressiya, təcavüz siyasəti həyata keçirməsi qəbuledilməzdir:
"Hesab edirəm ki, Ermənistan Qərbdən, Fransadan dəstək gördükcə onun təxribat xarakterli hərəkətləri də artacaq. Ona görə də Azərbaycan tərəfi Ermənistana yenidən öz yerini göstərməli və bu kimi təxribatların cavabı ən sərt şəkildə verilməlidir".
Anar Əliyev