Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan tərəfi anlamalıdır ki,

Ermənistan tərəfi anlamalıdır ki,


"Ermənistan ordusu Bakıda keçiriləcək beynəlxalq tədbirlər fonunda sərhəddə Azərbaycan Ordusuna qarşı kifayət qədər aqressiv davranir. Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Ermənistan tərəfi anlamalıdır ki, Formula əbədi deyil və bu yarış tezliklə bitəcək, fərari ordusuna Azərbaycan Əsgəri mütləq israr etdiyi və anladığı bir dildə sarsıdıcı bir cavab verəcək".

Newscenter.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu cavab zərbəsindən sonra Ermənistan mediasında yeni xəbər başlıqları isə təxminən belə olacaq:

"Azərbaycan Əsgəri, FORMULA və sentyabr ayı birləşərək Ermənistana qənim oldu. FORMULA pilotları Ermənistana bəd dua etdilər. Ermənistan böyük itkilərə məruz qaldı. İrəvanin arxasından xəbəri olmadan Zəngəzur və Basarkeçər dəhlizi açıldı".

Anar Əliyev
Xəbəri paylaş