"Ermənistanın sülhlə bağlı sərgilədiyi mövqe imitasiyadan başqa bir şey deyil. İrəvan beynəlxalq aləmə özünü kompromislərə hazır və normallaşmada maraqlı olduğunu göstərməyə çalışsa da, bütün bunlar əsil niyyəti pərdələmək üçündür".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, Paşinyan iqtidarı münasib və əlverişli məqam gözləyir:
"Sülh tərəfdarı olan hökümət silahlanmaya dövlət büdcəsindən külli miqdarda vəsait ayırmaz, təxribatlara yol verməz və prosesə əngəl törətməz. Azərbaycanın ərazilərinin Ermənistan tərəfdən atəşə tutulması artıq müntəzəm hal almaqdadır. Ermənistan çalışır ki, Azərbaycanı daha sərt cavab verməyə təhrik etsin və sonra da dünya ictimaiyyəti qarşısında özünü məzlum obrazında qələmə versin. Bakıya Qərbin təzyiqlərini artırsın. Eyni zamanda sülh prosesinin pozulmasının günahını Azərbaycana yükləməyə nail olsun".
AMİP funksioneri hesab edir ki, Ermənistanın bu məkrli niyyətlərinin baş tutmaması üçün Bakı hələlik soyuqqanlı davranır:
"Təbii ki, bu cür davranışın da nəhayətdə bir sonu olur və olacaq da".
Süleyman