Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İyul ayında 1 milyard 180 milyon dollar birbaşa investisiya yatırılıb

İyul ayında 1 milyard 180 milyon dollar birbaşa investisiya yatırılıb


İyul ayında Türkiyəyə 1 milyard 180 milyon dollar birbaşa investisiya yatırılıb.

Newscenter.az Türkiyə Mərkəzi Bankına istinadən bildirir ki, ilin yeddi ayında Türkiyəyə gələn birbaşa investisiyaların miqdarı 5 milyard 897 milyon dollar təşkil edib.

Yeddi ayda reallaşdırılan birbaşa investisiyaların həcmi əvvəlki ilin eyni dövründəki 5 milyard 873 milyon dollar səviyyəsinə çox yaxın bir performans göstərib.

Ən çox investisiyalar kimya məhsulları və elektron məhsulların istehsalına qoyulub.

2024-cü ilin iyul ayında "kimya, kimya məhsulları və əsas əczaçılıq məhsulları və materiallarının istehsalı" 168 milyon dollar investisiya axını ilə 587 milyon dollarlıq investisiya kapitalı daxilolmalarının 29 faizlik payını alıb.

Natiq Orucov
Xəbəri paylaş