Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabran sakininin 10 min manatı ələ keçirilib

Şabran sakininin 10 min manatı ələ keçirilib


Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:

"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır".

Mehman Mehdiyev
Xəbəri paylaş