Türkiyədə daha 21 nəfər qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çanaqqalada qeydə alınıb. Belə ki, Çanaqqalada 21 qeyri-qanuni immiqrant yaxalanıb, immiqrant qaçaqmalçılığı iddiası ilə 3 şübhəli həbs edilib.
Saxlanılanlardan 2-si Əfqanıstan, 8-i Fələstin, 11-i Suriya vətəndaşı olub.
Araşdırma zamanı saxlanılanların üzərindən 5 min lirə, 2 nəqliyyat vasitəsi, 1 əl hava nasosu, 8 xilasedici jilet və 6 qundaq götürülüb.
Anar Əliyev